YEVLAX, 26 may. TELEQRAF

Yevlaxda avtomobildə baş verən partlayış zamanı xəsarət alanlardan birinin vəziyyəti orta ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, mayın 25-də saat 17:30 radələrində 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yanıq xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

1968-ci il təvəllüdlü şəxsə hər iki yuxarı ətrafının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Üzün hər iki yuxarı ətrafın I-II dərəcəli termiki yanığı diaqnozları təyin edilən 1962-ci il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb",- məlumatda bildirilib.

Fəridə

***

10:24

Yevlaxda avtomobildə baş verən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mitsubishi" markalı avtomobilin sürücüsü Əliyev Raquf Əvəz oğlu və sərnişin Əsədov Akif Şiraslan oğlu yanıq xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

09:38

Yevlaxda minik maşınında baş verən partlayış zamanı 2 nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, Süleyman adlı şəxsə məxsus “Mitsubishi” markalı avtomobilin yük yerində olan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub.

Nəticədə avtomobildə olan iki nəfər yanıq xəsarətləri alıb, avtomobilə ciddi ziyan dəyib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.