BAKI, 24 may. TELEQRAF
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin apardığı son yoxlamalarda Adana və Qaziantepdə bəzi firmaların at və eşşək ətlərini mal əti kimi satdıqları aşkarlanıb.
Teleqraf xəbər verir ki, nazirlik rəsmiləri vətəndaşlara müraciət edərək ət və ət məhsulları alarkən diqqətli olmağa çağırıb.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi yoxlamaların davam etdiriləcəyini bildirib.