
BAKI, 21 may. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Məhəllə” kafesində yoxlama keçirib.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən obyekt fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsusdur.
Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.