
BAKI, 21 may. TELEQRAF
ABŞ-də yaşayan azərbaycanlı Ceyhun Sadibəyli faciəvi şəkildə ölüb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, istirahətə getdiyi Mayami şəhərində suda boğulub.
Qeyd edək ki, C.Sadibəyli Bakı şəhəri Nəsimi rayonu 19 nömrəli tam orta məktəbi bitirib. O, 2017-ci ildə 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.
C.Sadibəyli son illər ABŞ-nin Boston şəhərində yaşayırmış.