BAKI, 20 may. TELEQRAF

Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu Şirvan şəhər sakini, qeyri-rəsmi nikahda yaşadığı 2009-cu il təvəllüdlü Ələkbərova Nuranə İlkin qızını boğaraq öldürüb Kür çayına atıb.

Teleqraf-ın xəbərinə görə, hadisə mayın 17-dən 18-ə keçən gecə baş verib.

Yaxınları bildirib ki, onlar arasında qısqanclıq zəminində əvvəllər də münaqişə olub. N.Ələkbərova küsərək Şirvan şəhərinə atası evinə gedib. Seyidrəsul qızı ata evindən götürərək, gecə saat 2 radələrində Kür çayının qırağında "Axmaz" deyilən yerə aparıb. Burada da aralarında mübahisə düşüb. Belə ki, qız "TikTok"da fotolarını paylaşırmış və buna görə dəfələrlə ikilinin arasında söz-söhbət yaranıb. Oğlan qızdan fotolarını sosial şəbəkədə paylaşmamasını tələb etsə də Nuranə onun sözünə fikir verməyib.

Münaqişə zəminində S.Talıbzadə qadını boğaraq qətlə yetirib və meyitini Kür çayına atıb.

Hadisədən sonra oğlan polisə təslim olub. O polis əməkdaşları tərəfindən hadisə yerinə gətirilib, qadının meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, cütlük 1 ildir ki, qeyri-rəsmi nikahda yaşayıblar.