BAKI, 20 may. TELEQRAF

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində agentlik yarandığı gündən indiyədək 1335 benefisiara xidmət göstərilib.

Bunu Teleqraf-ın reportajı zamanı müəssisənin şöbə müdiri Gülnaz Məmmədli deyib.

Onun sözlərinə görə, benefisiarlardan 422-i uşaq olub.

“Bu günədək sığınacaqdan çıxıb müstəqil həyata keçid edə bilmiş şəxslərin sayı isə 806 nəfərdir", - şöbə müdiri əlavə edib.