BAKI, 15 may. TELEQRAF
Goranboyda ərinin tir tüfəngi ilə xəsarət yetirdiyi qadının vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 14-ü saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
"Qarnın ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardılar göstərilib.
Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.