BAKI, 14 may. TELEQRAF
Hamiləlik dövründə ailədaxili münaqişələr doğulacaq körpəyə təsir edir.
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova deyib.
O bildirib ki, ana olacaq qadın stress yaşayır və uşaq da bunu hiss edir, ona psixoloji təsir edir.
Onun sözlərinə görə, belə hamiləlikdən doğulan uşaqlar gecələr yatmaya, çox ağlaya bilər, həmçinin uşaq əsəbi ola bilər və düzgün yemək yeməz.