BAKI, 13 may. TELEQRAF
Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada http://portal.edu.az vasitəsilə həyata keçirilir.
Sənəd qəbulu 2 iyun tarixində başa çatacaq.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf