BAKI, 13 may. TELEQRAF
Bu gün ənənəvi Beynəlxalq Kann Film Festivalı 78-ci dəfə start götürəcək.
Filmlərin nümayişi mayın 13-dən 24-dək davam edəcək.
Festivalın əsas mükafatı - "Qızıl palma budağı" artıq iqamətgaha çatdırılıb. Mükafat ənənəvi olaraq iki nüsxədə hazırlanıb.
Kino sahəsindəki xidmətlərə görə təqdim olunan birinci nüsxəyə bu il məşhur ABŞ-li aktyor Robert De Niro layiq görülüb. Digər palma budağı isə 10 günlük rəsmi müsabiqənin nəticələrinə əsasən təqdim ediləcək.