BAKI, 10 may. TELEQRAF

Ulu Öndər Heydər Əliyevin arzusu rəssam olmaqmış.

Teleqraf xəbər verir ki, bunu məşhur heykəltaraş Ömər Eldarov jurnalistlərlə açıqlamasında deyib.

Heydər Əliyevin heykəlini hazırlayan heykəltaraş bildirib ki, bu iş çətin yaradıcılıq hesabına başa gəlib:

"Çox xoşbəxtəm ki, Heydər Əliyevə yaxın olmuşam və heykəlinin müəllifiyəm. O heykəli bir ilə ərsəyə gətirdim. Ulu Öndər vaxtilə rəssam olmaq istəyib. İki il bu yöndə təhsil alsa da sonradan əsgərliyə gedib, arzusu yarımçıq qalıb".