BAKI, 3 may. TELEQRAF
Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.
Teleqraf xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunda Radiozavod adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var. Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur.
Qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.