BAKI, 24 aprel. TELEQRAF

Dünən Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 9 nəfərdən 2-si ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, digər yaralıların müalicələri müvafiq şöbələrdə davam etdirilir.

***

09:32

Dünən Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 9 nəfər şəxs (6-si kişi cinsli, 3-ü qadın cinsli) bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.