BAKI, 17 aprel. TELEQRAF
Dünən leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan iki nəfərin vəziyyəti kafi olaraq qiymətləndirilir və Terapiya şöbəsinə köçürülüblər. Digər şəxs isə vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, ötən gün Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə yaralanıb.