BAKI, 14 aprel. TELEQRAF

Tovuzun Yuxarı Öysüzlü kəndində uzun müddət evdə tək buraxılan 1 yaş 2 aylıq körpə xəstəxanadan çıxarılaraq körpələr evinə yerləşdirilib.

Bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O, uşağın 1 saylı körpələr evinə təhvil verildiyini deyib.

Xatırladaq ki, Tovuz Rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Körpə polis əməkdaşları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra körpə müəlicəsinin davam etdirilməsi üçün Bakıya gətirilib.