​BAKI, 8 aprel. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 7-də ümumi çəkisi 10,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,1 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.