BAKI, 7 mart. TELEQRAF
Ötən il 55 mindən çox qadın münasib işlə təmin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Bildirilib ki, özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışında önəmli rola malikdir. Bu proqram üzrə ötən il daha 7,4 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.
"Aktiv məşğulluq tədbirlərinin digər mühüm istiqaməti olaraq, son bir ildə 10 minədək qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib.
Aparılan işlər qadınların əmək bazarında iştirak səviyyəsinin getdikcə artmasına imkan verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faizdir", - məlumatda qeyd olunub.