
ZƏNGİLAN, 27 fevral. TELEQRAF
İşğaldan azad olunmuş 8 rayonda bərk tullantıların idarəsi ilə bağlı poliqonların inşasına başlanılır.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Ekologiya Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə - 8 rayonda bərk tullantıların idarə olunması ilə bağlı poliqonlar təşkil edilib, layihələndirilib və tikintisinə başlanılır.
"Eyni zamanda, Xankəndidə tullantıların təmizlənməsi həyata keçirilib. Həm üzvi tullantılar, həm təkrar emala gedəcək tullantılar üçün xüsusi konteynerlər qurulub",- F. Mütəllimov qeyd edib.