.jpg)
ZƏNGİLAN, 27 fevral. TELEQRAF
Fermerlər üçün birmərtəbəli təsərrüfat binası, iribuynuzlu heyvanlar üçün 16 başlıq 21 tövlə, xırdabuynuzlu heyvanlar üçün 24 başlıq 21 tövlə, iri texnikalar üçün dayanacaq (talvar), birmərtəbəli taxıl (yem) anbarı, birmərtəbəli köməkçi tikililər və mühəndis-kommunikasiya qurğularının tikilməsi nəzərdə tutulub.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Zəngilan şəhərində Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı Zəngilan rayonu, Ağalı kəndinin I fazasının II mərhələsi və Il fazasında ictimai bina və tövlələr kompleksinin tikintisi ilə bağlı danışarkən deyib.
Zəngilan rayonunun Ağalı kəndində nəzərdə tutulmuş infrastruktur layihə sənədləri üzrə cəmi 57 ağac və 9 kol bitkisi tikinti altına düşəcək.
O bildirib ki, Laçın rayonunun Mollalar kəndin ərazisində rəy olmadan qaz xətti çəkilərkən xeyli yaşıllığa ziyan vurulub:
"Bu tip problemlər öz həllini tapmalıdır. Təklif olunan hər bir layihədə yaşıllığın qorunmasına xüsusi diqqət yetirilməlidir".