.jpg)
ZƏNGİLAN, 27 fevral. TELEQRAF
Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü İradə Hüseynova Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ərazidə ümumilikdə 101 növ dərman, 44 növ yabanı qida-meyvə və giləmeyvə, 28 növ yabanı tərəvəz, 20 növ ətirli- ədviyyəli, 10 növ boyaq və 300 növ yem bitkisi var.