BAKI, 20 fevral. TELEQRAF

1969-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 11:50 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qarnın ön divarının çoxsaylı kəsilmiş, deşilmiş yaraları diaqnozu təyin edilən şəxs Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, jurnalist Razi Abasbəyli bu gün sosial şəbəkədə əmisi, şəhid Elgiz Abbaslının atası Fuad Abasovun Sabirabad Rayon İcra Hakimiyyətinin binasında canına qəsd etdiyini yazmışdı.