BAKI, 20 fevral. TELEQRAF

Ali təhsilin magistratura səviyyəsində çalışan, doktoranturada təhsil alan, elmin inkişafına töhfə verən fəlsəfə doktorlarının yarıdan çoxu qadınlar.

Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, dünyada informatika və riyaziyyat, texnologiya və mühəndislik ixtisasları üzrə təhsil alanların 35 faizini qızlar təşkil etdikləri halda, bizim ölkədə bu rəqəm 40 faiz olmaqla orta dünya göstəricisindən artıqdır.