
BAKI, 17 fevral. TELEQRAF
Ötən il "860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti"nə 330 müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, müraciətlərin əksəriyyəti psixoloji (289) və fiziki zorakılıqla (163) bağlı olub.
Şikayət edənlər zorakılığın bir neçə növünün qurbanı olub. Onlardan 149 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb.
Qeyd edilib ki, ümumilikdə 272 qadın və 58 kişi zorakılığa məruz qalıb.