Seçki bülletenlərinin çapı başa çatmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.

Qeyd olunub ki, yanvarın 22-23-də bülletenlərin dairə seçki komissiyalarına təqdim olunması prosesi həyata keçiriləcək.

Vurğulanıb ki, Daxili İşlər Nazirliyi ilə birlikdə təhlükəsizliyin təminatı baxımından bütün lazımi addımlar atılır.