Diplomatların sosial mediadan istifadəsi qanunla tənzimlənməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanlı deyib.

O qeyd edib ki, diplomatların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir.

Deputat vurğulayıb ki, məhdudiyyətlərlə bağlı qaydalar qoyulmalıdır: "Bəzən "Whatsapp"dan belə doğru istifadə etmirik".