Bakı metropoliteninin işində problem yaranıb.

Teleqraf.com Oxu.az-a istinadla xəbər verir ki, "Memar Əcəmi" stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb.

Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem yoxdur:

"Yaranan problemin xüsusiyyəti yenə də sərnişin sıxlığından və qatarlara minib-düşmə prosesinin ləngiməsindən, qapıların saxlanması nəticəsində qatarların stansiyanı gec tərk etməsi səbəbindən formalaşıb".