İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb.
Qeyd edək ki, dekabrın 29-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıcın vəsatətini təmin edilməyib.
Dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.