Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 4 milyard 509 milyon kubmetr təbii qaz qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində qəbul edilən təbii qazın 349 milyon kubmetri sənaye xətləri, 20 milyon kubmetri əhali xərtləri üzrə az qəbul olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 329 milyon kubmetr artım olub.
Bu ilin iyun ayında isə “Azəriqaz” İstehsalat Birliyi ötən ilin eyni ayı ilə müqayisədə 800 min kubmetr az təbii qaz qəbul edib.