“Biz dəfələrlə parlamentdə cəmiyyəti narahat edən məsələlərlə bağlı fikirlər səsləndiririk. Amma reallıq budur ki, ya fikirlərimiz diqqətdən kənar qalır, ya da bunun əksinə qərarlar verilir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O, buna misal olaraq ölkənin quru sərhədlərinin bağlanmsını göstərib:
“Ola bilsin ki, dövlətin öz arqumenti var, nələrsə bilir. Amma 10 minlərlə insanın hüququ pozulub. Söhbət istirahət, sağlamlıq və s hüquqlarından gedir. İnsanlar əvvəlcədən bilet alıblar. Xüsusilə, kasıb kateqoriyaya yollar bağlandı. Biz bu məsələni qaldırdıqdan sonra onun əksinə qərar verildi”.
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasına dair təklifini yenidən gündəmə gətirib: “Camaat dərslərin sentyabrın 1-də başlamasını istəyir, amma inadla bildirirlər ki, belə də davam etməlidir”.
Deputat digər vacib məsələ kimi Konstutisuyanın 31 və 51-ci maddəsini göstərib: “Bu maddələr əsasən yaradıcılıq azadlığı və əqli mülkiyyət nəzərdə tutulur. Diqqət edin, hansısa qaydalarla dövlət məmuru dissertasiya yaza bilməz. Amma yüzlərlə insan 20 ildən sonra məmurluqdan gedir və istəyir dərs desin. Qaydalar niyə qanunlardan önə keçməlidir? Bu da minlərlə insanın hüququnu pozur”.