Paytaxt yollarındakı son vəziyyət açıqlanıb.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a bildirilib ki, hazırda paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:

Bakı Sumqayıt şossesi - Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər sıxlıq müşahidə edilir.

Ziya Bünyadov prospekti - Çermet körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər 20 Yanvar dairəsi istiqamətdə sıxlıq müşahidə edilir

Tbilisi prospekti - 20 Yanvar dairəsindən başlayaraq Mərkəz istiqamətində sıxlıq müşahidə edilir.