Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası çərçivəsində “Gender əsaslı zorakılığın qarşısının alınmasında kişi və oğlanların rolu” mövzusunda təkliflər irəli sürülüb. Qadın və kişi bərabərliyinin qorunmasının əhəmiyyətindən, genderlərin qanun qarşısında daim bərabər olduğunu vurğulanıb.

Teleqraf.com xəbər verir ki, AŞPA-nın iclasında Milli Məclisin deputatı Könül Nurullayeva bu mövzuda çıxş edib.

Millət vəkili 2006-cı ildə “Qadın və kişilərin bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən bəhs edib: “Gender bərabərliyinin hüquqi əsasını təşkil edən Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın Milli Məclis tərəfindən ratifikasiya bərədə məlumat verilib. Gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində rol model imicinin əhəmiyyətindən söhbət açılıb”.

Millət vəkili bildirib ki, cəmiyyətimizdəki liderlər gender yönümlü kişilik modellərinə istinad etməli, gələcək nəsillər üçün müsbət rol model imici yaratmalıdır: “Bundan əlavə, gender bərabərliyinin təbliğ edilməsi məqsədilə interaktiv kurikulumlarin yaradılmasının zəruriliyi də vurğulanıb”.