“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.
Bu barədə Teleqraf.com-a Birlikdən məlumat verilib.
Aprelin 25-də saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı sakinlərin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.
