Aprelin 22-də keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının vaxtı dəyişdirilib.

Bu barədə Teleqraf.com-a AMEA Rəyasət Heyətindən məlumat verilib.

Qeyd olunub ki, yığıncaq aprelin 27-də baş tutacaq.

Yığıncaqda Akademiyanın yeni prezidentinin seçiləcəyi gözlənilir.