SARS-CoV-2 infeksiyasına yoluxan şəxslər üzərində sınaqdan keçirilən "Molnupiravir" adlı dərmanın qısa zamanda koronalı xəstələri sağaltdığı iddia olunur.
Teleqraf.com xəbər verir ki, "Nyu York Times" qəzeti ABŞ hökumətinin qiyməti 700 dollar olan dərmandan 1.7 milyon doza sifariş etdiyini yazıb.
İddialara görə, sözügedən dərman koronavirusa yoluxan xəstənin xəstəxanaya yerləşdirilməsi və ölüm riskini yarıya endirir.
"Mersk" əczaçılıq şirkəti ABŞ Qida və Dərman İdarəsinə preparatdan təcili istifadəyə icazə üçün müraciət ediləcəyini açıqlayıb.
Mütəxəssislər Molnupiravir dərmanının təsir gücünün effektivliyi və asan tətbiqi sayəsində COVID-19-dan ölüm nisbətini azaltma potensialına malik olduğu qənaətindədirlər.