Müğənni Səyyad Əlizadə ötən gün gecə Gömrük Hospitalına köçürülüb.

Bu haqda Teleqraf.com-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.

O qeyd edib ki, Səyyad Əlizadənin səhhəti ağır olaraq qalır: "Səhhətində dəyişiklik yoxdur. Ümidimiz Allahadır. Bu gün EKMO cihazına qoşulacaq".

Qeyd edək ki, müğənni Zığda yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.