BAKI, 23 yanvar. TELEQRAF
Milli Məclisin sədri Sahibə Qafarova ilə İspaniyanın Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasın birgə brifinqi keçirilir.
Teleqraf xəbər verir ki, İspaniya Deputatlar Konqresinin sədri yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.