BAKI, 21 avqust. TELEQRAF

Azərbaycan Kooperasiya Universitetinin keçmiş rektoru Mahmud Quluzadə vəfat edib.

Teleqraf xəbər verir ki, M.Quluzadə 86 yaşında dünyasını dəyişib.

Mərhum ölümünə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olub.

Qeyd edək ki, Mahmud Quluzadə deputat Aydın Hüseynovun qayınatasıdır.