BAKI, 20 iyun. TELEQRAF

Bakının üç rayonunun prokuroru yenidən təyin olunub.

Teleqraf xəbər verir ki, Baş prokuror Kamran Əliyev bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Həsən Hənəfiyev Nəsimi, Hidayət Nurəlibəyov Nərimanov, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin edilib.