BAKI, 4 iyun. TELEQRAF
"Qanunlar nə qədər mükəmməl olub geniş sahəni əhatə etsə də, insanlar bu sahədə maariflənməlidir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İstilik təchizatı haqqında" Qanunla əlaqədar keçirilən ictimai dinləmədə deyib.
Deputat istilik məsələsi ilə bağlı dünya təcrübəsini nümunə gətirib:
"Hərdən şahid oluruq ki, gündüz vaxtı lazım olmayan yerdə işıq yandırırlar. Deyəndəki işıqları söndürmək lazımdır, deyir pul ödəyirəm, sənə nə? Bu doğru yanaşma deyil. O işığın yandırılması üçün qaz və müxtəlif resurslar sərf olunur. Bunlar nəzərə alınmalıdır.
İstilik məsələsinə gəldikdə isə, dünya təcrübəsində var ki, evlər konkret olaraq 19-23 dərəcə aralığında qızdırılır. Bundan artıq olduqda isə cərimələr tətbiq olunur. Ancaq əhali bu sahədə maariflənib deyə, qaydaları pozmur. Ona görə də biz həm insanlarımızı, həm də istehlakçıları maarifləndirməliyik".