BAKI, 23 aprel. TELEQRAF
Azərbaycanın bəzi məscidlərinə yeni təyinatlar olub.
Bu barədə Teleqraf-ın soruğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibə prosesi keçirir. Məlumata görə, fevralın 20-28-də təşkil olunan növbəti müsahibədə 114 nəfər iştirak edib.
Bildirilib ki, qadın dini ayinlərin icraçısı vəzifəsi üçün imtahanda iştirak edən 35 namizəddən 13-ü, imam və imam müavini vakansiyası üzrə isə 79 nəfərdən 32-si müsahibədə uğur qazanıb: “Müsahibədə uğur qazanan namizədlərdən şəhid ailələrinin üzvləri olan Həmidə Tuti İsmayıl qızı Ağsu şəhəri, Nuran Xatun məscidinə qadın dini ayinlərin icraçısı, Musayev Əliəkbər Rövşən oğlu Şirvan şəhəri Cümə məscidinə imam müavini təyin olunublar.
Vətən müharibəsi iştirakçıları Vəlixanov Vüqar Kərəm oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək Ticarət Mərkəzi Rəsulullah məscidində, Üsüfov Comərd Qalib oğlu Şamaxı rayonu Dağ Bağırlı kənd məscidində, İslamlı Elsevər Etibar oğlu Qəbələ rayonu, Vəndam qəsəbə məscidində imam müavini vəzifələrində çalışacaqlar”.