
BAKI, 24 mart. TELEQRAF
Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı qanun layihəsinə parlamentin martın 25-də keçiriləcək iclasında baxılacaq. Bununla da ölkənin Aİ-yə qəbul prosesinə başlanıla bilər.
Teleqraf erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin Avrointeqrasiya komitəsi layihəni ikinci oxunuşda təsdiqləyib.
Bildirilir ki, Avropa Xarici Fəaliyyət Xidməti qanunun qəbul edilməsini gözləyir.
Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan da Aİ-nin bu layihəyə rəsmi reaksiyası ilə bağlı sualı cavablandırarkən məlumatı təsdiqləyib.
Qanun layihəsi parlament tərəfindən qəbul olunarsa, Aİ-yə gələcək üzvlük məsələsi referenduma çıxarılacaq.
Artıq Rusiya tərəfindən məsələyə ilkin reaksiya verilib. Rəsmi Moskva bəyan edib ki, Aİ-nin Cənubi Qafqaz ölkələrində öz təsirini gücləndirmək istəyi regionda münasibətlərin normallaşdırılmasına xidmət etmir.