Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın Qahirədə keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Son illərdə mühüm irəliləyişlərə imza atan Azərbaycanın təşkilatımıza üzv olması ilə dünənkindən də güclüyük. Qardaş Azərbaycanı D-8 ailəmizdə salamlayıram, xoş gəldiniz”, - Türkiyə lideri bildirib.
Beynəlxalq tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov və xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.