Gürcüstan və Azərbaycan arasında uzun illərdir əməkdaşlıq davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Savalan Mirzoyev Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Deputat qeyd edib ki, Gürcüstan Azərbaycanla birlikdə regiondakı təhlükəsizliyə töfhə verməyə hazırdır:

"Ölkələrimiz arasında münasibətlər getdikcə sürətlənir. Parlamentlərvə komitələr arasında münasibətlər yaxınlaşır. Gürcüstan parlamenti adından sizə uğurlar arzu edirəm".