“Azərbaycan Ermənistana sülh təklif etməklə yeni insan təlafatını istisna etmək istəyir”.

Teleqraf.com-un xəbərinə görə, bunu Birinci vitse prezidentin köməkçisi Elçin Əmirbəyov “Post-münaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, məcburi köçkünlərin qayıdışını təmin etmək məqsədilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq, yenidənqurma işləri aparılır: “Artıq bir neçə şəhərin Baş Planı da hazırdır. Bu işlər davam etdirilir”.