BAKI, 27 may. TELEQRAF

2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161 milyon 800 min manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox olub.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, dövlət büdcəsinin xərcləri 37 milyard 713 milyon 600 min manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.

Bildirilib ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat proqnoza qarşı 37 161 800 manat və ya 773,8 milyon manat (2,1 faiz), 2023-cü illə müqayisədə isə 1925,4 milyon manat və ya 5,5 faiz çox icra olub. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29,4 faiz təşkil etmişdir ki, bu da 2023-cü illə müqayisədə 0,8 faiz-bənd çoxdur.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.