BAKI, 22 yanvar. TELEQRAF

Bu gün Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, buna səbəb Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçiriləcək təmir işləridir.

Məlumata görə, bugün saat 11:00-dan 14:00-dək Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivi, Buzovna qəsəbəsi Məmməd Hüseyn, Qasım bəy Zakir, Sabir Ələkbərov, Hüseyn Allahverdiyev, Əziz Məmmədov, Şəhid İbarət Məmmədov, Abşeron küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.