BAKI, 17 noyabr. TELEQRAF
Bugün paytaxtda Azərbaycan Turizm Bürosu və China i2i Group şirkətinin birgə əməkdaşlığı çərçivəsində "China Visitors Summit (CVS) Baku 2025" tədbiri keçirilir.
Teleqraf xəbər verir ki, bu təşəbbüsün məqsədi Azərbaycan və Çin arasında turizm əlaqələrini gücləndirmək və ölkənin müxtəlif turizm imkanlarını Çinin aparıcı turizm mütəxəssislərinə nümayiş etdirməkdir.
Tədbirdə keçiriləcək B2B görüşləri çərçivəsində Çindən gələn 50 tur operatoru yerli turizm sənayesinin nümayəndələri (hotellər, turizm şirkətləri, MICE agentlikləri) ilə bir araya gələcək.