BAKI, 6 noyabr. TELEQRAF

Yanvarın 1-dən bərbər, gözətçi, aşpaz, ofisiant, dayə kimi fəaliyyət göstərən şəxslər üçün məcburi dövlət sosial sığorta haqqı artırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Vergi Məcəlləsi"nə nəzərdə tutulan dəyişiklikdə qeyd olunub.

Belə ki, əlavə olaraq 2026-cı ilin yanvarın 1-dən çəkməçi, pinəçi, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Hazırda bu məbləğ 3 faiz təşkil edir.