BAKI, 23 oktyabr. TELEQRAF
2026-cı ilin dövlət büdcəsindən ipoteka və sahibkarlığın dəstəklənməsi üçün 100 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2026-cı ilin dövlət büdcəsində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması və sahibkarlar tərəfindən banklardan manatla alınmış (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün cəm olaraq nəzərdə tutulmuş 100 milyon manat məbləğində vəsait Azərbaycan Respublikası əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi, həmçinin sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün əlavə imkanlar yaradacaq.