BAKI, 16 oktyabr. TELEQRAF
Azərbaycanda növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi"ndə məlumat verilib.
Məlumata görə, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerji istehsalında payının 2027-ci ildə 33,7 faizə, 2030-cu ildə isə 38 faizə çatdırılması nəzərdə tutulur.
Bununla, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payının 33,7%-ə, 2030-cu ildə 38%-ə və 2035-ci ildə isə 42,5%-ə çatması planlaşdırılır.